banner
banner

Gündəm

"Petkim"in 24 əməkdaşı Türkiyədən qaçıb - ÇEVRİLİŞ İTTİHAMI

"Petkim"in 24 əməkdaşı Türkiyədən qaçıb -

İzmirdə 15 iyul hadisələrindən sonra haqlarında saxlanılma qərarı çıxarılan Petkim - Petrokimya Holdinq əməkdaşlarının əksəriyyətinin Türkiyədən qaçdığı ortaya çıxıb.

İzmirdə FETÖ istintaqı çərçivəsində "Petkim" Petrokimya Holdingin 61 işçisi haqqında yaxalama qərarı çıxarılmışdı. Saxlanılaraq məhkəməyə sövq edilən aralarında Petkimin keçmiş direktoru Sadettin korkut və bəzi yüksək vəzifəli işçilərin də olduğu 37 nəfərdən 13-ü silahlı terror təşkilatının üzvü olmaq iddiası ilə həbs olunub, 15-i isə şərti olmaqla ümumilikdə  24 nəfər sərbəst buraxılıb.

Qalan  24 nəfərin isə hələ yaxalanmadıqları və istintaqdan yayındığı bildirilir.

Qeyd edək ki, "Petkim"in 51 faizi SOCAR Türkiyəyə məxsusdur. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.