Məşhur model Adriana Lima amerikan futbolu oynayan Culiyan Edelmanla eşq yaşayır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl adı almaniyalı futbolçu Sami Xedira ilə birlikdə çəkilən 35 yaşlı modelin əslində Edelmanla birlikdə olduğu üzə çıxıb.
Ortaq dostları ilə tanış olduqları bildirilən cütlük hazırda birlikdə tətildədir.
Qeyd edək ki, Lima 2 qızının atası olan və 2009-cu evləndiyi serbiyalı basketbolçudan bu ilin martında rəsmən boşanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.