banner
banner

Sosİal

Azərbaycanda radiolardan biri bağlandı

Azərbaycanda radiolardan biri bağlandı
Azərbaycanda radio bağlanıb. Musavat.com xəbər verir ki, 107.7 dalğasında yayımlanan Avto FM radiosu fəaliyyətini dayandırıb.
 
Radio artıq yayımda deyil. İlkin məlumata görə, sentyabrın 1-i saat 00.00-dan yayımın dayandırılması barədə qərarı təsisçi verib və əməkdaşlarla müqaviləyə xitam verilib. 
 
Avto FM  2013-cü il tarixdə fəaliyyətə başlayıb və 107.7. MHz tezliyində yayımlanıb.
 
Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
 
Radionun əməkdaşları iş yerində çəkdirdikləri son fotonu “Sonuncu foto” qeydi ilə paylaşıblar. 
 
 
Radionun aparıcısı Günel Hümbətova da Avto FM-in bağlanması barədə sosial şəbəkədə məlumat verib. O, studiyada çəkilmiş son fotosunu paylaşıb və yazıb: “Radionu çox sevirəm. Radioda işləməyi isə heç bir işə dəyişməyəcək qədər. Avto FM-i xüsusilə sevirdim. Bu gündə Avto FM yayımını dayandırdı. Çox darıxacam...”.
 
 
Radionun təsisçisi olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə yayımın dayandırılması ilə bağlı heç bir rəsmi məlumat yaymayıb. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.