banner
banner

Gündəm

Şirvandakı hərbi zavodda partlayışdan 40 gün ötdü

Şirvandakı hərbi zavodda partlayışdan 40 gün ötdü
Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodundakı partlayışdan 40 gün ötür. 2016-cı il iyulun 26-da baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Partlayışdan sonra fəaliyyəti iflic olmuş zavodda iş prosesi hələ də tam olaraq bərpa edilməyib. 

Partlayışdan ötən 1 ay 10 gün ərzində mütəxəssislər zavod ətrafından xeyli sursat, sursat qalığı toplasalar da, iş davam edir. Partlayış zamanı 20-25 kiloqram ağırlığında olan mərmi başlıqları bir neçə yüz metr hündürlüyə qalxaraq yüksək sürətlə yerə çırpılıb. Bir çox mərmi başlıqları 1 metrə qədər torpağın dərinliyinə girib. Mütəxəssislər minaaxtaranlarla həmin mərmi başlıqlarını axtarıb tapır, qazıyıb çıxarır və təhlükəsiz ərazilərə aparırlar.  
 
Prezident İlham Əliyevin sərəncamı ilə “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiya ötən müddət ərzində bir neçə dəfə toplaşıb. Lakin mətbuata komissiyanın fəaliyyəti haqda məlumat verilməyib. Müdafiə Sənayesi Nazirliyi (MSN) də öz tabeliyindəki zavodlarda baş vermiş bu dəhşətli olayların araşdırılmasında maraqlı görünmür. 2015-ci il iyulun 6-da Şirvandakı hərbi təyinatlı “Telemexanika” zavodunda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Amma bugünədək heç bir informasiya açıqlanmayıb... 
 
MSN-in “Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış 26 iyul 2016-cı ildə “Araz” zavodunda baş verib. Bu zavodda da partlayışın səbəbi ictimiyyətdən gizlədilir. MSN rəsmiləri partlayış baş verəndən sonra gizliliyi təmin etmək üçün əllərindən gələni əsirgədilər. Dəhşətli partlayışdan sonra yaralılara və olay zamanı ölən şəxslərin yaxınlarına maddi yardımlar göstərməklə onlara hadisə barədə danışmamaq tapşırılıb. Amma bu gün də zərərçəkənlər arasında baş verənlərə görə MSN rəhbəırliyini günahkar bilən şəxslər var. Zərəçəkənlər, onların yaxınları olayın əsl səbəbinin üzə çıxarılmasını istəyirlər. Amma səlahiyyətsizlikləri üzündən buna nail ola bilmirlər. Səlahiyyət sahibləri isə həqiqətin üzə çıxmaması üçün hər addım atır. Məsələn olaydan sonra redaksiyamıza belə bir məlumat daxil olmuşdu ki, MSN-in tabeliyində olan “Üfüq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov yaralılarla şəxsən görüşməklə bir neçə aylıq ödənilməyən əmək haqqlarını ödəyib, onlara əlavə yardımlar ediləcəyini vəd edib. Əvəzində yaralılara partlayışla bağlı danışmamaq tələbi qoyulub. Danışan şəxslərə zavod fəaliyyətini bərpa edəndən sonra iş yerinə qaytarılmayacağı da eşitdirilib. Ondan əvvəl isə 1 il əvvəl partlayış baş vermiş  “Telemexanika” zavodunun direktoru Usubağa Məmmədov “Araz” zavodunda baş verən partlayışda yaralananlara baş çəkərək onlara partlayışla bağlı danışmamağı, maraqlananlara olayın yüksəkgərginlikli elektrik xətlərindəki qəza üzündən baş verməsini deməyi tapşırması haqda xəbərlər almışdıq. 

Zavodlardakı partlayışların səbəblərinin gizli saxlanmasına cəhdlər ortada ikən son partlayışın səbəbləri haqda ən müxtəlif xəbərlər dolaşmaqdadır. Olayın təxribat ola biləcəyi versiyası səslənməkdədir. 
 
MSN dəhşətli olaydan 1 ay 10 gündən artıq müddət ötməsinə baxmayaraq, səbəbi açıqlamağa həvəsli görünmür. Bununla yanaşı, mətbuat nümayəndələrinin həqiqəti üzə çıxarmaq üçün yazdıqlarını önləmək yoluna baş vurmaqdan da çəkinmirlər. 2 nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışın səbəbləri, fəsadların aradan qaldırılması ilə bağlı görülən işlərin nəticələri barədə məlumatlar ictimiyyətdən gizlədilir.
Bu məxfiliyin səbəbləri anlışılmaz olaraq qalır. 

“Araz” zavodundakı partlayış faktına görə Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Ötən il iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.