banner
banner

Gündəm

Ramiz Zeynalov DYP postları ilə bağlı əmr verdi - Sürücülərin NƏZƏRİNƏ

Ramiz Zeynalov DYP postları ilə bağlı əmr verdi -

Son vaxtlar baş verən yol qəzalarının əsas səbəbləri araşdırılarkən sürücülərin sükan arxasında yorğun və yuxulu olması faktlarına da rast gəlinir.

Bunu nəzərə alan DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov DYP-nin şəhərlərarası yollardakı stasionar postlarında sürücülərin istirahətinin təmin edilməsi ilə bağlı göstəriş verib. Göstərişə əsasən, bütün DYP postlarında sürücülərin qısa müddətli istirahəti üçün şərait yaradılıb. Postlarda əl-üz yumaq yerləri quraşdırılıb və orada dəsmal, sabun və salfet qoyulub. Bundan əlavə, sürücülərin post ərazisində qısa müddətdə avtomobili park etməsinə də şərait yaradılıb.

Mərəzə və İsmayıllı postlarında olan DYP əməkdaşları bildiriblər ki, bu addımın atılması yorğun və yuxulu sürücülərə kömək etmək məqsədi daşıyır. Bununla da bu qəbildən olan sürücülər tərəfindən törədilən yol-qəza hadisələrinin qarşısını almaq mümkün olar. Sürücülər burada rahat şəkildə fasilə edə və yaradılan imkanlardan faydalana bilərlər: “Artıq bəzi sürücülər bu imkanlardan istifadə edirlər. Bunun üçün heç nədən çəkinmək lazım deyil”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.