Müğənni Ebru Gündeş "O səs Türkiyə" kollektivindən ayrılıb. O, bu barədə sosial şəbəkədə yazıb: "3 ildir böyük bur həzz, həyəcan və xoşbəxtliklə oturduğum "O səs Türkiyə" münsif kürsümdə bu il olmayacağımı böyük kədərlə bildirmək istəyirəm. Həyatda hər kəs başına nə gəlirsə, gəlsin, sağlamlıq problemi olmadığı təqdirdə yaşamağa və işinə davam edər, buna məcburdur. Mən də gücümün çatdığı qədər özüm, ailəm və komandam adına buna çalışıram. "O səs Türkiyə" isə böyük bir komandadır. Mənimlə, ya da mənsiz vardırlar və hər zaman da olacaqlar inşallah. Ona görə də düşdüyüm bu vəziyyətdən dolayı Acun İlıcalıdan bu il icazə istədim, o da hər zamankı kimi məni başa düşdü.
Acun və "Acun Medya" - TV 8 ailəsi başda olmaqla Hadise, Murad, Gpkhan və Hakan, hər birinizə minnətdaram. Yaxşı kimi sizləri tanıdım, yaxşı ki həyatımdasınız və sevilirsiniz".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.