Sabirabad rayonunda“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun geniş yığıncağı keçirilib.
“Həmrəy olaq, hə deyək!” devizi ilə keçirilən tədbiri açıq elan edən YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev 26 sentyabr 2016-cı ildə Azərbaycanda keçiriləcək referendum haqqında məlumat verərək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyaya əlavə və dəyişikliklər haqqında çıxış edib.
Sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu qeyd edib.
O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirib.
Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu qeyd edib.
Akademik Ə. Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı və gündən-günə çiçəklənməsindən bəhs edib.
Deputat Elçin Quliyev çıxış edərək Konstitusiyaya əlavə və dəyişikliklərin günün tələbi olduğunu bildirərək son illər regionlarda, o, cümlədən Sabirabad rayonunda görülən işlərdən və inkişafdan söz açmışdır.
Sonda deputatlar görüşdə iştirak edən ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıblar.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.