banner
banner

Gündəm

Hacıbala Abutalıbov parkomatların rəisini - İŞDƏN QOVDU

Hacıbala Abutalıbov parkomatların rəisini -

Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev tutduğu vəzifədən azad edilib.

Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün sərəncam verib. Həsən Abdullayevin işdən çıxarılmasına səbəb kimi onun Bakının bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilir.

Qeyd edək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və "Azəravtoyol" ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırıb. Hətta, DYP və "Azəravtoyol" ASC Bakıda onlarla parkomatın yığışdırılmasına və parkinqin ləğv edilməsinə nail olub. Bununla bağlı şikayətlərin sayı artdığı üçün Hacıbala Abutalıbov XTAİ-nin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.