banner
banner

Sosİal

Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq

Abşeron, Astara, Siyəzən və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Sentyabrın 7-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Xırdalan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər”, “Əlillər” və “Şahağacı”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şirvanovka” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Pensar, Siyəku, Kakolos, Şahağac və Tənqərud, Qusar rayonunun Şirvanovka kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun və Xırdalan şəhərinin, həmçinin İmişli, Saatlı, Sabirabad və Bərdə rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.