Müğənni Şakira gərgin iş qrafikində olsa da, valideynlərinə vaxt ayırmağı unutmur.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu dəfə atasınən doğum gününü İnstaqramda təbrik edib. Şakira anası Nidiya və atası Uilyamla birgə fotosunu paylaşaraq "85 yaşını təbrik edirəm, ata" yazıb.
Qeyd edək ki, Şakiranın atası ilə münasibətləri çox yaxşıdır. Müğənni dəfələrlə bildirib ki, atası onun ən yaxşı dostu və məsləhətçisidir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.