Aktrisa Ancelina Coli vaxtının çox hissəsini qlobal problemlərə həsr etməyə davam edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünən Londonda Birləşmiş Millətlər Təşkilatının (BMT) sammitində iştirak edən Coli daha sonra İordaniyanın Azrak şəhərinə yollanıb. Hollivud ulduzu orada suriyalı qaçqınların düşərgəsində olub.
Coli nitqində beynəlxalq cəmiyyəti Suriyada hərbi münaqişənin ləngiyən həllini tezləşdirməyə çağırıb. "Bizim məqsədimiz heç zaman bu qədər bir-birindən uzaq düşməmişdi" deyən Ancelina BMT-ni tənqid edərək təşkilata üzv dövlətlərin bir fikrə gələ bilməməsini pisləyib. 41 yaşlı ulduz humanitar təşkilatların maliyyələşdirilməsində çatışmazlıqlar olduğunu və Suriya qaçqınlarının lazımi dəstəyi ala bilməmələrini vurğulayıb.
BMT-nin xoşməramlı səfiri olan aktrisa suriyalı uşaqlarla söhbət edərək onlarla foto çəkdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.