Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Əskişəhərdə təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib.
Heydər Əliyev Fondundan Oxu.Az-a verilən məlumata görə, Fondun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb.
İzmirdə keçirilən mərasimdə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb. Daha sonra Azərbaycan diasporunun nümayəndələrinin, müxtəlif qeyri-hökumət təşkilatları rəhbərlərinin çıxışları olub.
Hər iki tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclər, xarici ölkələri təmsil edən tələbələr, nüfuzlu universitetlərin müəllimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.