banner
banner

Gündəm

Bakıda türk şəhidliyində anım mərasimi keçirildi

Bakıda türk şəhidliyində anım mərasimi keçirildi

Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 98 illiyi münasibəti ilə Bakıdakı Türk şəhidliyində anma mərasimi keçirilib.

APA-nın məlumatına görə, əvvəlcə Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas abidənin önünə əklil qoyub, daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Yazdıqlarını yüksək səslə oxuyan diplomat bildirib ki, ən çətin anlarında azərbaycanlı qardaşların yardımına gələn türk şəhidləri əlaqlərimizin sarsılmaz memarıdır: "Münasibətlərimiz belə bir güclü təməl üzərində qurulub . Azərbaycanın müstəqilliyi üçün etdiyiniz bu fədakarlıq 98 il sonra da azərbaycanlı qardaşlarımız tərəfindən minnətlə anılır. Əmanətinizi "Bir millət, iki dövlət" anlayışı ilə gələcək nəsillərə daşıyacağıq".

Səfirlik əməkdaşları, ictimaiyyət nümayəndələri də şəhidlərin adları yazılmış lövhələrin üzərinə gül dəstələri düzüblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.