banner
banner

Gündəm

ABŞ “Azercell”in səhmdarını 1,4 milyard dollar cərimə edə bilər

ABŞ “Azercell”in səhmdarını 1,4 milyard dollar cərimə edə bilər

ABŞ hökuməti İsveçin telekommunikasiya nəhəngi “Telia” şirkətini Özbəkistandakı korrupsiya qalmaqalına görə 1,4 milyard dollar cərimə etmək niyyətindədir.

“Financial Times” qəzeti xəbər verir ki, sanksiya ABŞ-ın Xarici Korrupsiya Təcrübələri Aktı üzrə ən iri məbləğdə olan cərimələrdən biri ola bilər.

“Telia”nın rəhbəri Meri Eyrlinq isə yaranmış vəziyyəti bu cür şərh edib. “Cərimə olduqca böyükdür. Biz məlumatı dəqiqləşdirməliyik və tənzimləyicilərlə davam edən müzakirələrin necə həll olunacağı barədə qərar verməliyik”.

Artıq bir neçə ildir iddia olunur ki, “Telia” 2007-ci ildə Özbəkistan bazarına daxil olmaq üçün bu ölkənin bəzi yüksək rütbəli məmurlarına rüşvət təklif edib. Son açıqlamasında M.Eyrlinq də dolayı yolla bunu etiraf edib: “Şirkətimizin Özbəkistan bazarına daxil olması qeyri-etik və səhv yolla baş tutub. Mən bunu dəfələrlə demişəm ki, biz çox böyük məsuliyyətin altına giririk. Hal-hazırda isə məsələyə aydınlıq gətirmək üçün tənzimləyicilərlə yaxından əməkdaşlıq edirik”.

Xatırladaq ki, ötən ilin avqust ayında “Telia” tədricən Asiya regionundakı iştirakını dayandıracağını bildirib. Şirkət “uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu” bildirib.

Şirkət artıq Nepaldakı aktivlərini satıb.

Hazırda şirkətin Avrasiya bölməsinə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Moldovadakı biznesi birləşdirən “Fintur Holdings” və Özbəkistandakı aktivləri daxildir. Onu da bildirək ki, “Fintur Holdings”in bir hissəsi “Turkcell” şirkətinə məxsusdur.

Bu yaxınlarda yayılan məlumata görə, “Telia” Tacikistandakı törəməsi “Tcell” şirkətindəki payını satır. “Telia” “Central Asian Telecommunications Development B.V.” şirkətindəki 60%-lik payını “Aga Khan” İqtisadi İnkişaf Fonduna satmaq niyyətindədir. Yeri gəlmişkən, “Aga Khan” “Tcell”dəki qalan 40%-in sahibidir.

Bazar dəyəri 66 milyon dollar olan “Tcell”in satışından “Telia” 39 milyon dollar əldə etmək niyyətindədir.(APA)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.