Azərbaycanın bayrağı amerikalı modelin sinəsində - FOTOLAR
ABŞ-ın idman modellərinin fotoşəkillərinin çəkilməsi ilə məşğul olan LHGFX Fitness Model Photography agentliyinin dünən internetdə yerləşdirdiyi növbəti fotoşəkil azərbaycanlı Facebook istifadəçilərinin böyük etirazına səbəb olub.
Oxu.Az verir ki, həmin fotoşəkildə əynində üzərində müxtəlif dövlətlərin bayraqları əks olunmuş bikini olan texaslı (ABŞ) model Hope Beel əksini tapıb.
Bu fotoşəkili sosial şəbəkələrdə paylaşan agentlik: Bəs sən hansı ölkədənsən? Kimisə bu şəkildə işarələ yaxud onun adını şərh yerində yaz” – deyə, qeyd buraxıb.
Həmin bikini üzərindəki bayraqların arasında isə Azərbaycanın bayrağı da əksini tapıb. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Öz növbəmizdə qeyd edək ki, Azərbaycanda dövlət bayrağından geyim hazırlanması, bu şəkildə geyim üzərində əks olunması cəmiyyət tərəfindən dəfələrlə narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Qarabağda uğrunda qan tökülən bayrağımızın belə fotolarda yer almasının qəti əleyhdarı olduqlarını vurğulayırlar.
Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində də vurğulanır ki, ölkədən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.
Lakin onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə, xüsusilə ABŞ-da bayraqdan paltar hazırlanması geniş yayılıb. ABŞ-da hətta dövlət bayrağından alt paltarı da hazırlanır və bu tipli geyimlər insanın vətənpərvərliyini əks etdirən bir məqam kimi təqdim olunur. Lakin xüsusilə də şərq ölkələrində, o cümlədən Türkiyədə, Azərbaycanda bayraq tamamilə başqa rəmzi məna kəsb edir və ondan bu fotoşəkildəki kimi istifadə məni qarşılanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.