banner
banner

Sosİal

Paytaxt bazar axşamı tıxaca əsir düşdü

Paytaxt bazar axşamı tıxaca əsir düşdü
Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ağır tıxac olub. 

Musavat.com xəbər verir ki, 20 yanvar metrostansiyasından başlanan sıxlıq Şamaxinka, eləcə də Biləcəri yolu istirqamətində davam edib. Əməkdaşımızın müşahidələrinə görə, 20 yanvardan Biləcəri yoluna qədər qısa məsafəni maşınlar 45-50 dəqiqə müddətinə qət ediblər. Eyni gərginlik Bakı Avtovağzalında da davam edib. Sürücülər vaxta qənaət etmək üçün Biləcəri meydanı tərəfdən yola davam etməyə çalışıblar. Bu isə onsuz da sözügedən ərazidəki dar yollarda qəza vəziyyəti yaradıb. 
 
Sözügedən istiqamətdə yol polislərinin olmaması, yolun açılması üçün hər hansı cəhdlərin edilməməsi də diqqət çəkirdi. Bu səbəbdən də bəzən sürücülərin özləri maşınlarından düşərək, yolu açmaq üçün müəyyən cəhdlər edirdilər. İş günü olmamasına baxmayaraq, yollardakı bu durum həftənin ilk iş günündə, yəni, sabah daha ağır vəziyyətdə olacaq. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.