banner
banner

Gündəm

Gömrükçülər 9600 ədəd aksiz markası olmayan siqaret aşkar edib

Gömrükçülər 9600 ədəd aksiz markası olmayan siqaret aşkar edib
Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Biləsuvar şəhəri ərazisində “VAZ 2107” markalı minik avtomobilinin yük yerində aksiz markası ilə markalanmayan müxtəlif markalı cəmi 9600 ədəd siqaret aşkar edərək götürüb. 
Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyat adıçəkilən şöbəyə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan əldə edilməsi, idxal edilməsi və satış məqsədilə daşınması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.