Bu ilin fevralında Fırat Parlakla evlənən aktrisa Burcu Kara, həyat yoldaşının doğum gününü sosial mediada təbrik edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdə “Kördüğüm” serialında rol almağa hazırlaşan aktrisa İnstaqramda həyat yoldaşı ilə olduğu fotosunu paylaşaraq bu qeydi yazıb:
“Bu gün həyatımda ən çox təşəkkür etdiyim tarixdir. Ömür yoldaşımın doğulduğu gündür. Mənim böyük qəlbli sevdiyim, yaxşı ki, doğulmusan”.
B.Kara onunla xoşbəxt olduğunu ifadə etmək üçün “Səninlə həyat, mənə hər gün lunapark” yazıb.
Qeyd edək ki, 36 yaşlı aktrisa “Haziran gecesi”, “Tatar Ramazan”, “Milat” kimi seriallarda da oynayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.