Bu günlərdə Yerevanın mərkəzində keçirilən hərbi parada hazırlıq məşqləri zamanı ermənilərin Azərbaycana “göz dağı” məqsədilə göstərdikləri “İSGƏNDƏR –M” raket sistemləri Ermənistana aiddir ya yox?
Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatına tanınmış rus analitiki, Rusiya Universiteti analitik şöbəsinin rəhbəri, siyasi və hərbi analitik Aleksandr Xramçixin məlumat verib: “ Ermənistanda yerləşdirilmiş “İSGƏNDƏR-M” raket sistemi Azərbaycana qarşı yönəlməyib. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası da Azərbaycana, həmşinin Türkiyəyə qarşı yönəlməyib.
Rus analitiki faktiki olaraq bəyan edib ki, həyacanlanmağa ehtiyac yoxdur. "Belə ki, “İSGƏNDƏR-M” Ermənistanın deyil, Rusiya hərbi bazasınındır.”
Məsələyə aydınlıq gətirmək üçün “Politik. am” saytının müxbiri Ermənistan Müdafiə Nazirinin mətbuat sözcüsü Artsrun Hovanisyanla əlaqə saxlamağa cəhd etsə də, o, bu barədə açıqlama verməkdən imtina etdi.
Ermənilərə isə ümid etmək qalır ki,bəlkə də rus siyasətçinin məlumatı onun öz xüsusi fərziyyəsinin nəticəsidir. Əks təqdirdə, onlar məcburən ifadə edəcəklər ki, Ermənistan o qədər öz sifətini itirib ki, öz silahlı qüvvələrini belə göstərilən teatrın iştirakçısına çevirməyə hazırdır.
İSMAYIL TANRIVERDİ
BDU- nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.