banner
banner

Gündəm

Ebru Gündeş həbsdəki azərbaycanlı milyarderdən tez-tələsik boşandı

Ebru Gündeş həbsdəki azərbaycanlı milyarderdən tez-tələsik boşandı
ABŞ-da həbsdə olan İran əsilli azərbaycanlı milyarder Rza Zərrab yazılı bəyanatla çıxış edərək arvadı, müğənni  Ebru Gündeş ondan dərhal boşanmaq istədiyini bildirib.
Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Rza Zərrab bəyanatında bunları bildirir:“13.09.2016-cı ildə arvadım  Ebru Gündeş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm. Hörmətlə, Rza Zərrab”.
 
Xatırladaq ki, Rza Zərrab bu ilin martında arvadı  Ebru Gündeş və azyaşlı qızı ilə birlikdə ABŞ-ın Mayami şəhərinə gedərkən FTB xəfiyyələri tərəfindən həbs olunub. Onun həbsindən sonra Əbru Gündəş Türkiyəyə geri qayıdıb. 
 
Rza Zərrab ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda, fırıldaqçı sxemlər quraraq Birləşmiş Ştatların bank sistemini aldatmaqda, böyük məbləğdə qeyri-leqal pul dövriyyəsində və digər əməllərdə ittiham olunur. 
 
Rza Zərrab və kuryerləri ABŞ-ın İran qarşı sanksiyalarını neytrallaşdırmaq üçün Tehrana aid pulların nəğd və qızıl külçələri şəklində dövriyyəsini həyata keçirib, habelə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə şirkətlər təsis edərək pulları bu şirkətlər üzərindən “fırladıb”.
 
Qeyd edək ki, Rza Zərrab  Ebru Gündeşin üçüncü əri idi. O, ilk dəfə 16 yaşında ərə gedib, 2002-ci ildə vəkil Ömər Durak ilə evlənib və daha sonra boşanıb. 2010-cu ildə isə Rza Zərrabla evlənib. 
 
İndi isə belə görünür ki, 75 il həbs cəzası gözləyən Rza Zərrabın ABŞ həbsxanasından bir daha çıxmayacağına əmin olaraq ondan boşanıb. Ancaq tərəflərin mal-mülk məsələsini necə bölüşdürəcəyi məlum deyil.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.