“Miss Turkey 2016” müsabiqəsində “Miss Türkiyə Beynəlxalq” kraliçası seçilən ÖDTÜ-də tələbə Çağla Çukurova gözlənilməz qərar alaraq tacından imtina etdiyini açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağla tacını geri qaytararaq müsabiqədən çıxıb.
Ç.Çukurova açıqlamasında onu dəstəkləyən hər kəsə təşəkkür edib və bundan sonra Türkiyəni ən yaxşı şəkildə təmsil etməyə çalışacağını söyləyib.
Təşkilatçı “Miss Türkiyə” şirkəti Çağlanın imtina etdiyi tacın Dilara Kurşuna verildiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.