banner
banner

Gündəm

İlhamənin prodüseri həbs oluna bilər - şok TƏFƏRRÜAT

İlhamənin prodüseri həbs oluna bilər - şok TƏFƏRRÜAT
Mərhum xalq artisti İlhamə Quliyevanın prodüseri olmuş Faiq Ələkbərli həbs edilə bilər.
 
Ölkə.Az-a daxil olan məlumata görə, prodüserin adı bir neçə hadisədə hallanır. Bunlardan birincisi İ.Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın videosunun gizli şəkildə çəkilərək mətbuata ötürülməsidir. Hətta bununla bağlı Ələkbərlidən ölkədən çıxmamaqla bağlı iltizam alınıb.
 
F.Ələkbərlinin ittiham olunduğu digər məsələ bir vətəndaşa mənzil satmasıyla bağlıdır. Belə ki, o, divarının ikisi dəmirdən olan mənzili 50 min manata bir vətəndaşa satıb. Sonradan həmin vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etsə də, mərhum xalq artistinin müdaxiləsindən sonra F.Ələkbərlini həbsdən xilas etmək mümkün olub və vətəndaş ərizəsini geri götürüb.
 
İddialar sırasında prodüserin evini günü yüz manata priton kimi kirayəyə verdiyi də var. Artıq çalışdığı ATV kanalından da Ələkbərliyə xəbərdarlıq edilib və onu heç cür qoruya bilməyəcəkləri bildirilib.
 
Ölkə.Az sözügedən iddialarla bağlı Faiq Ələkbərlinin özü ilə əlaqə saxlayıb. Prodüser iddialarla tanış olduqdan sonra cavab verə biləcəyini söyləyib. Ardınca isə edilən zəngləri cavabsız qoyub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.