İnternet televiziyalarına yasaq mümkün ola bilərmi?
Milli Məclisin payız sessiyasının birinci iclasında “internet və sosial medianı bağlamaq” çağırışları səslənib. Çağırışı edən isə deputat Məlahət İbrahimqızı olub. O, internet mediasını məzmununa görə tənqid edib, Milli Məclisin payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınması təklifini irəli sürüb. Lakin deputatın internet mediasının tənzimlənməsi ilə bağlı təşəbbüsünün sessiyada müzakirəsi dəstəklənməyib.
Maraqlıdır, ölkəmizdə internet televiziyaların fəaliyyətini tənzimləyən, ona nəzarət edən mexanizm varmı?
Qeyd edək ki, Azərbaycanda hazırda 20-yə yaxın peyk və internet televiziyaları fəaliyyət göstərir ki, onlardan “ANN TV”, “APA TV”, “Muz TV” və digərlərini misal göstərmək olar. 2008-ci ildə yaranan “Kanal 13 TV” isə ilk internet televiziyası kimi tarixə düşüb. Hər il internet və peyk üzərindən yayımlanan bu cür televiziyaların sayı artmaqdadır.
Nəzərə çatdıraq ki, Rusiyada, qardaş Türkiyədə, Avropada, bir sözlə dünyanın heç bir ölkəsində internet televiziyaları və radiolarına sosial şəbəkələrdə olduğu kimi heç bir nəzarət yoxdur və onların fəaliyyəti üçün heç nə tələb olunmur.
“İnternet televiziyaları və radioları demək olar ki, nizamlamaq istəsək belə, bunun mexanizmi çox çətindir və mümkün deyil”. Bu sözləri bir neçə il bundan əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında bildirmişdi. Qurum sədri vurğulamışdı ki, ölkəmizdə də bu sahəyə nəzarət yoxdur və Azərbaycan Avropa Şurasına üzv ölkə olduğundan internet televiziyalarının tənzimlənməsi qurumun qərarı ilə eyni olur:
“Avropa Şurası ölkələrində əgər bu sahə tənzimlənəcəksə, biz də tənzimləyəcəyik, tənzimlənməsə, biz də tənzimləməyəcəyik”. Bəs, görəsən hazırda vəziyyət necədir, internet televiziyalarına nəzarət, onlara yasaq mümkün ola bilərmi?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev sualımıza bu cür aydınlıq gətirdi:
“Hələ 2015-ci ildən bu cür təkliflər səslənir. Əsasən də parlament tribunasından ki, ”Azərbaycanda interneti və internet medianı lisenziyalaşdırmaq lazımdır" və sairə. Amma hələlik həmişə rəsmi dövlət orqanları, Prezident Administrasiyası belə bir plan olmadığnı bəyan edir. Amma prinsipcə şahidi olmuşuq ki, dəfələrlə təkrar olunan təkliflər sonradan gerçəkləşmək qabiliyyətinə malikdir. Amma internetin televiziyalara xüsusi lisenziya tətbiq etmək, tənzimləmək üçün heç bir ehtiyac yoxdur. Çünki internet televiziyaları yayımlarını həyat keçirmək üçün heç bir strateji resuslardan istifadə etmir. Çoxları dərk edə bilmir ki, bizdə efir televiziyaları jurnalist fəaliyyətinə və yaxud hazırladığı proqrama görə lisenziya götürmür, onlar efir tezliyindən istifadə etdikləri üçün həmin tezlikdən istifadə hüququna lisenziya götürürlər. Amma internet televiziyalar belə bir resursdan istifadə etmir.
İnternet televiziyaların tənzimlənməsi yalnız və yalnız həmin televiziyalara xüsusi nəzarət altına almaq məqsədi ilə həyata keçirilə bilər. Elə hesab etməyin ki, Azərbaycanda bu sahəyə nəzarət yoxdur, nəzarətin də müxtəlif formaları var. Biz şahidi olmuşuq ki, hansısa nüansdan kənara çıxanda ya onun saytı dağılır, ya yayımı yoxa çıxır və sairə. Bəli, bəzi dövlətlərdə internet televiziyaları həm qanunsuz, həm də məntiqsiz olaraq məhdudlaşdırılır. Amma bu cür praktikanı Azərbaycanda tətbiq etmək heç bir demokratik quruluşa əsas vermir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.