Leksikonumuzda “qutlu olsun” sözü tez-tez işlədilir. Bu söz daha çox ad günlərini təbriki zamanı işlədilir. Məsələn, əvvəllər “ad gününüz mübarək” deyilirdisə, indi əksəriyyət “doğum gününüz qutlu olsun” deyir.
Amma bir çox insanlar “qutlu” yox, “kutlu” yazılışının düzgün olduğunu bildirir. Bəzi insanlar isə bu sözün Türkiyə türkcəsinə aid olduğunu və Azərbaycan leksikonunda işlədilməsinin düzgün olmadığını iddia edirlər.
Maraqlıdır, qutlu sözünün mənşəyi, kökü haradan gəlir? Bu sözün Azərbaycan dilində işlədilməsi düzgündürmü?
Filosof Niyazi Mehdi qut sözünün ruh mənasını daşıdığını dedi: “Mən ilk dəfə “qut” sözünün türkə aid olmasını rəhmətlik Mirəli Seyidovdan oxumuşdum. O, “matım-qutum” söz birləşməsindəki “qut” kəlməsinin altını cızaraq göstərmişdi ki, bu söz ruh, müqəddəs, hətta Tanrı anlamında əski türklərdən Hind-Avropa dillərinə keçib. Miladdan öncə Anadoluya köç etmiş hetlərin dilində də “qut” sözü vardı. Onun Çin çevrəsində yaşayan türklərdə də olması V.V. İvanov kimi ciddi bilim adamında düşüncə yaratmışdı ki, söz hetlərdən başqa araçı ulusun əli ilə türklərə keçib. Bizim ciddi alimlər isə “qut”un əski türklərdən o birilərinə keçməsinə əmindirlər. İngilislərin tanrı anlamında “qod”, ərəblərin müqəddəslik anlamında “qüds/qudsi” kəlmələri bizim “qut”dandır yoxsa, yox, bu da müzakirə olunan məsələdir. Oxşarlıq böyük olduğu üçün adamın “hə” deməsi gəlir. Firudin Ağasıoğlunun “Bitik” adlanan dəyərli çoxcildliyi var, “qut”un yayılma çevrəsi ilə ilgili oradan xeyli bilgilər çıxarmaq olar. “Qut” sözünü Mirəli müəllimdən sonra mən yazılarımda “ruh”un qarşılığı kimi çox işlətmişəm. Onun “kut” variantı Anadolu türklərinə uyğundur. Yəni biz “qut” deyirik, onlar “kut”. (məsələn, qul, kul deyildiyi kimi-red.) Təbrik anlamında “qutlamaq” Anadolu deyimində işləkdir. Ancaq məncə hansısa əski qaynaqlarda bu söz olduğu üçün türklər onu işlədirlər. Bütün hallarda “qut”, “qutlu” (Dədə Qorqudda var), “qutlamaq” kəlmələri dilimizin dərinliyini sezdirdiyi üçün onlara “mız” qoymaq bizə yaraşmaz. Bir düşünün, “qut” sözü 3 min il qabaq da işlənirdi – dilin dərinliyi bax, budur”.(musavat)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.