banner
banner

Gündəm

İcra başçısı Prezident Adminstrasiyasına gedən şikayətçilərin qarşısını kəsdi: 7 nəfər saxlanıldı

İcra başçısı Prezident Adminstrasiyasına gedən şikayətçilərin qarşısını kəsdi:
Xəbər verdiyimiz kimi, ötən həftə Binəqədi rayonunun Motodrom adlandırılan qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Oktyabrın 7-də 100-ə yaxın sakin Bakı-Sumqayıt yolunu bağlayıb. Aksiyaya səbəb onların mənzillərinə veriləcək kompensasiyanın azlığı idi.
 
Bu gün günorta saatlarında isə qəsəbə sakinləri yenidən etirazlarını bildirmək üçün Prezident Adminstrasiyasına yola düşüb. Aksiyada 30-a yaxın qadın iştirak edib. Lakin bundan xəbərdar olan icra başçısı onlara mane olub. “Avtovağzal”da marşruta minmək istəyən qadınları Binəqədi Rayon İcra Hakimiyyətin nümayəndələri və polis əməkdaşları saxlayıblar. 
 
Saxlanılanlardan Elza Məmmədovanın həyat yoldaşı Vəli Zeynalov redaksiyamıza zəng edərək bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi yeddi nəfər qadını Binəqədi Rayonu 40-cı polis bölməsinə aparıblar: “ Bu gün qəsəbədən 30-a yaxın qadın şikayətlərini Prezident Adminstrasiyasına bildirmək üçün yola düşdülər. “Avtovağzal” da icra nümayəndələri, bələdiyyə və polis əməkdaşları qadınların qarşısını kəsib, getməyə imkan verməyiblər. Qadınlardan yeddi nəfəri saxlanıldı. Bir neçəsi isə qaça bilib. Qaçanlardan 10 nəfəri Prezident Aparatına gedib və şikayətlərini çatdıra biliblər. Hazırda onlar ölkənin birinci xanımı Mehriban Əliyevanın qəbulunu gözləyirlər”.
 
Xatırladaq ki, "Avtovağzal" ətrafında 63 evin söküntüsü nəzərdə tutulduğundan artıq kompensasiya işlərinə də başlanılıb. Qəsəbədə plana düşən evlərin qeydiyyatı aparılır. Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinin Maliyyə Nazirliyinin ayırdığı kompensasiyanı mənimsədiyini iddia edirlər. Onlar mənzillərin kvadratmetrinin 1500 manatdan hesablanmasına baxmayaraq, icra hakimiyyətinin kompensasiyanı 500 manatdan verəcəyini söyləyirlər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.