banner
banner

Gündəm

2013-cü ilin prezident seçkisindən 3 il keçdi

2013-cü ilin prezident seçkisindən 3 il keçdi
2013-cü il prezident seçkilərindən 3 il keçdi. Həmin il 9 oktyabrda baş tutan Azərbaycan Respublikası Prezidenti postuna keçirilən seçkilər VII rəsmi ümumilli seçki idi. 2013-cü ilin oktyabr ayının 9-da keçirilən seçkidə 10 namizəd rəsmi qeydiyyata alınaraq iştirak edirdi.

MSK-nın rəsmi açıqlamasına görə seçici fəallığı 72.31 % olmuşdu. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 3-cü dəfə, 84, 5 % səslə seçkilərdə qalib gəlmişdi. Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli 5,53 faiz səslə ikinci yeri, Ümid Partiyasının namizədi İqbal Ağazadə isə 2,40 faiz səslə üçüncü yeri tutmuşdu. 
 
Sözügedən seçkilər bir çox özəlliyi ilə fərqlənirdi. 9 oktyabr prezident seçkisi müstəqil Azərbaycanın tarixində “ən bahalı seçki” idi. Belə ki, dövlət büdcəsindən seçkiyə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılmışdı. Bu xərclər müxtəlif istiqamətlər üzrə (o cümlədən əməyin ödənişi üçün 10 339 450 manat, əmək haqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün) olub.
 
9 oktyabr seçkilərinin daha bir özəlliyi Rusiyada yaşayan məşhur kinorejissor, yazıçı Rüstəm İbrahimbəyovun timsalında Milli Şura adlı bir qurumun yaradılması, İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi idi. Belə bir hadisə Azərbaycanda seçkilərdə ilk dəfə idi yaşanırdı və bir çoxları açıq şəkildə bəyan edirdi ki, Milli Şura və Rüstəm İbrahimbəyovun namizədliyi Rusiyanın projesidir. Kreml bu proje ilə Azərbaycan iqtidarına təzyiq edirdi. Seçki kampaniyasının gedişində isə hakimiyyət R.İbrahimbəyov kartını onun namizədliyini qeydə almamaqla zərərsizləşdirdi. 
 
Bu zaman Milli Şura yeni namizəd axtarışına çıxmalı oldu və professor Cəmil Həsənlinin üzərində dayanıldı. C.Həsənli qeydiyyata alındı və təbliğat-təşviqat kampaniyasında İTV-dən hakimiyyətə, şəxsən ölkə prezidentinə qarşı sərt çıxışlar etməklə seçki gərginliyini bir qədər də artırdı. Lakin bütün bunlar seçkinin öz axarı ilə getməsinə və hazırkı prezidentin qələbəsinə mane ola bilmədi. Səbəblərdən biri o idi ki, Moskva Milli Şura proyektini həmin mərhələ üçün özünə lazım olan həddə qədər istifadə edib. Həmin hədd isə heç də Milli Şuranı hakimiyyətə gətirmək deyildi. Milli Şura, sadəcə, bir təzyiq mexanizmi olaraq yaradılmışdı...

Ölkəni qarşıda yeni prezident seçkiləri gözləyir. Ola bilər ki, bu, yaxın aylarda da baş versin. Bu olmasa belə, uzağı iki ildən sonra seçki keçirilməlidir. Bəs 2013-dəki hadisələrə bənzər proseslərin yenidən yaşanması mümkündürmü? 
 
2013-cü ildə Rüstəm İbrahimbəyov-Milli Şura projesinə qarşı olan siyasətçilərdən sayılan VİP sədri Əli Əliyev bildirdi ki, prezident seçkiləri bu ilin sonuna qədər keçirilməlidir. İqtidar dünya proseslərini bilməmiş deyil: “Qərb, konkret olaraq ABŞ-Rusiya münasibətləri Karib krizindən sonra yarım əsrdə ilk dəfə belə gərgin vəziyyət alıb. Hər iki tərəf hədə səviyyəsində ritorikaya yol verir. Azərbaycan hər iki tərəfin maraq çevrəsində olan siyasi-coğrafi məkandır. Cənubi Qafqazda kilid dövlət məhz Azərbaycandır. Bu baxımdan, Azərbaycan uğrunda toqquşma ABŞ-dakı prezident seçkilərindən sonra gözlənilir. Köhnə administrasiyanın kəskin addım atacağını düşünmürəm. Ona görə də ehtimal etdiyimiz, dekabrda gözlənilən prezident seçkiləri ABŞ-ın təzyiqi altında keçməyəcək. 
 
Referendum göstərdi ki, Qərb bütövlükdə mövcud YAP iqtidarına loyal yanaşır. Əgər yeni düzəndən, yəni yeni konstitusiya islahatlarından irəli gələn dəyişikliklərdən Kreml narahatlıq duysa, o zaman 2013-cü il prosesləri başqa ssenaridə təkrarlana bilər. Yeri gəlmişkən, həmin hadisələrin də arxasında Moskva hiyləsi açıq görünürdü. O zaman da Rusiya Azərbaycanda siyasi hakimiyyətə yeni şəxs gəlməsin deyə, İbrahimbəyov və Milli Şura hoqqasını ortaya atmışdı. Mübahisə etmək istəyən varsa, İbrahimbəyovun hazırda harada yaşadığını araşdırıb, mükalimənin yanlış olduğunu anlasın”.
 
Partiya sədri istisna etmir ki, o dövrdən daha ağır durumda olan Rusiya yeni Azərbaycan düzənində özünü görə bilmədiyindən, fəsad təşəbbüsü göstərsin: “Lakin  böyük mənada ciddi müdaxiləni, hər halda, ehtimal etmirəm. Seçkilərin sakit tərzdə keçirilməsi üçün iqtidar əlindən gələni edəcək. Bütün hallarda fors-majorun baş verməsini də istisna etmək olmaz”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.