Sənətçi Hülya Avşarın 5 illik tənhalıqdan sonra yeni sevgilisinin olduğu barədə xəbərlər yayılıb. Bu yaxınlarda qızının təhsili üçün Londona gedən Hülyanın bu səfərinin başqa səbəblərinin də olduğu deyilir. Belə ki, dünən 53 yaşı tamam olan Avşar Londonda yaşayan bir iş adamı ilə sevgili imiş. Aktrisa sevgisini gözdən uzaq yaşamaq istədiyi üçün tez-tez Londona gedir. Bir müddət əvvəl müsahibəsində "Özümü sevməyə hazır hiss edirəm" demişdi. Onun keçmiş əri və qızının atası Kaya Çilingiroğlu da "Hülyanın həyatına kimsə girməlidir" şəklində fikrini bildirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.