banner
banner

Sosİal

Kibrit çöplərindən sənət əsəri - FOTO, VİDEO

Kibrit çöplərindən sənət əsəri -
Kürdəmir rayon sakini Arzu Səlimov kibrit çöplərindən və tullantılardan müxtəlif maketlər hazırlayır.
 
O, ARB TV-yə bildirib ki, birinci əl işi 2 aya yaxın müddətdə 80 kibrit qutusundan hazırladığı ev maketidi.  4 ay ərzində 200 kibrit qutusundan hazırladığı məscid maketi isə onun 2-ci və ən böyük əl işidi. Arzu Səlimov bildirib ki, bu işlə 2 ilə yaxındır məşğul olur.
 
Arzu Səlimov: “Stəkan-nəlbəki maketinə 20 qutu kibrit işlədib, 2 günə bitirmişəm. Su butulkalarından düzəltdiyim kül qabıları, kassa qabı, qum saatı var. Dondurma çubuğundan helikopter düzəltmişəm”.
 
Əsl sənəti bərbərlik olan Arzu deyir ki, maket hazırlamaqla əsasən boş vaxtlarında məşğul olur. Böyük zəhmətlə ərsəyə gətirdiyi əl işlərini bərbərxanada nümunə kimi saxlayır.
 
Arzu Səlimov bildirir ki, bəzi insanlar hazırladığı maketləri almaq üçün ona pul da təklif ediblər. Lakin o, bu vaxtadək zəhmətinin məhsulu olan əl işlərini satmaq barədə düşünməyib, amma bəzi maketləri yaxınlarına hədiyyə edib.
 
Arzu Səlimov: “İndiyə qədər kibrit çöpündən 10-a yaxın ev düzəltmişəm. Onlardan pay verdiklərim də olub. Kalçuk qabından düzəltdiklərimi arada dost, tanış, qohumlara gördüklərimə vermişəm. Evdə qalan bunlardı”.
 
Arzu Səlimov gələcəkdə  daha böyük ölçülü  maketlər hazırlamağı və onları sərgiləməyi planlaşdırır.
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.