banner
banner

Gündəm

Cahangir Hacıyevə ağır cəza verildi - 15 il həbs

Cahangir Hacıyevə ağır cəza verildi - 15 il həbs
Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın sabiq idarə heyətinin sədri olmuş Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin cəzaları elan olunub.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hökmə əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
Elan olunan hökmə əsasən digər təqsirləndirilən 7 nəfərdən üçünə azadlıqdan məhrum etmə, dördünə isə şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıblar. 
Bankın Mərkəz filialının rəhbəri olmuş Anar Sultanov 7 il 6 ay, Nərimanov filialının keçmiş direktoru, hazırda isə AFB bankın müşahidə Şurasının üzvü olan Məmməd Cahangirov 7 il 6 ay, Nəqliyyat filialının keçmiş müdiri Kənan Orucov 7 il 23 gün cəza alıblar. Bu şəxslər “Beynəlxalq Bank işi”nə görə həbs edilsələr də sonradan barələrində polis nəzarəti ilə qətimkan tədbiri seçilmişdi. 

Digər təqsirləndirilən, bankın Mərkəz filialının müdir müavini olmuş İlqar Abdullayev də 6 il 5 ay 5 gün şərti cəza alıb. Hökm elan olunanadək həbsdə olan İlqar Abdullayev məhkəmə zalından azadlığa buraxılıb.
 
İstintaq və məhkəmə müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Bakı Fındıq Emalı Zavodunun keçmiş müdiri Azad Cavadov isə məhkəmə zalında həbs olunub. Cahangir Hacıyevin tələbə yoldaşı və yaxın dostu olan Azad Cavadova 10 il 11 ay 9 gün həbs cəzası verilib. O, məhkəmə zalında qandallanaraq həbs edilib. 
 
Image result for Beynəlxalq Bank
 
Digər təqsirləndirilən şəxslər -  Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov 8 il, bankın Mərkəz filialının keçmiş direktoru Yusif Ələkbərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 
Hökmə əsasən Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 min dollarlıq qol saatı, üzərində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev" yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə də müsadirə olunub.
Məhkəmə həmçinin Cahangir Hacıyevin banka vurduğu zərərin ödənilməsi ilə də bağlı qərar çıxarıb.
 
Sabiq bankirə banka qaytarılmayan kreditlərə görə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub və bu məqsədlə ondan 63 milyon 800 min tutulmasına qərar verilib. 

Məhkəmənin hökmündə elan olunub ki, Cahangir Hacıyev və digərlərinə qarşı qaldırılmış iki - Beynəlxalq Banka dəymiş 211 milyon manat və “Aqrarakredit” QASC-yə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiadan biri tam, biri isə qismən təmin edilib.
 
Belə ki, hökmdə qeyd edilib ki, ittiham aktında qeyd edilən 211 milyondan 102 milyon manatı ödənilib, qalan 109 milyon isə bağlanılmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi ilə bağlı qərar verib. 
 
“Aqrarkredit” QSC-nin mülki iddiası isə tam təmin edilib. Qərara əsasən QSC-yə dəymiş 7 milyon 423 milyon manatlıq zərərin Cahangir Hacıyev tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb. Bununla da məhkəmə Cahangir Hacıyevdən ümumi olaraq 70 milyon dəymiş zərərin alınması ilə bağlı qərar çıxarıb. 
 
Cahangir Hacıyevin vəkili Aqil Layıcov elan olunan hökmə münasibət bildirib. 

O qeyd edib ki, hökmdən apelyasiya şikayəti veriləcək: “Maraqlıdır ki, hakim sənədləri tədqiq eləmədən mülki iddianı təmin etdi. Cahangir Hacıyev və ona yaxın olan adamları həbs etdilər. Digərləri barəsində isə həbslə bağlı olmayan cəza verildi. Təbii ki, mən hamısının azadlıqda olmasını istəyirəm. Çünki hesab edirəm ki, bu işdə cinayət tərkibi yoxdur. Təbii ki, məhkəmədən də elə bu cür mövqe gözləyirdim. Nə deyildisə, onu da etdilər”.
 
Image result for Məhkəmə

Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva da məhkəmə prosesindən sonra musavat.com-a açıqlamasında qardaşına verilən cəzaya münasibət bildirib. 
 
Hökmün qanunsuz və əsassız olduğunu deyən Ə.Hacıyeva bu işin yenə də Maliyyə Nazirliyi tərəfindən qurama olduğunu söyləyib: “Bu, Maliyyə Nazirliyi tərəfindən qurama işdir. Bütün qara əməllərə görə bir adamı qurban vermək lazım idi. Bunun üçün də Cahangiri seçdilər”. 
Ə.Hacıyeva bu qərarı əvvəlcədən gözlədiklərini və hazırlıqlı olduqlarını da qeyd edib: “Onsuz da vaxt gələcək və hər şey açılacaq. Heç nə sübuta yetirilmədi. Heç nə sübuta yetirilmədiyi halda necə hökm verilə bilər? Sifarişli iş belə də olmalı idi”. 
 
 
Axşam saatlarında isə Cahangir Hacıyevin metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili polislər tərəfindən nəzarətə götürülb.
 
Bu barədə musavat.com-a C.Hacıyevin yaxınları məlumat verib.
 
Həmçinin bacısı Əminə Hacıyevaya məxsus Mərdəkandakı bağ evi və anasından miras qalan evi nəzarətə götürülb.
 
Ehtimala görə, bu əməliyyat əmlakın müsadirə olunması ilə bağlıdır.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.