banner
banner

Gündəm

Rövnəq Abdullayev: "İnsanlar qazı azaltmaq əvəzinə, pəncərələri açırlar"

Rövnəq Abdullayev: "İnsanlar qazı azaltmaq əvəzinə, pəncərələri açırlar"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə təbii qaz qıtlığının yaranması, mavi yanacağın təzyiqinin aşağı olması ilə bağlı deyilənlərə münasibət bildirib.

 SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, qışda Azərbaycanın qazla təminatında heç bir problem olmayacaq: "Noyabrın 1-dən qış rejiminə keçəcəyik və qazın təzyiqini artıracağıq. Bunun üçün 15 gün öncədən hazırlıqlar başlayıb".

"Anbarlarda kifayət qədər qaz ehtiyatı var. Güclü yağışlar zamanı qaza tələbatın kəskin artması müvəqqətidir. Adətən insanlar soyuq olanda evi qazla qızdırır, amma hava istiləşən kimi qazdan istifadəni azaltmaq əvəzinə pəncərələri açırlar", - deyə SOCAR rəhbəri vurğulayıb.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.