“Bəlkə də son konsertimdir” - Kənan Doğulu vidalaşdı
Harbiye açıq hava teatrında konsert verən türk müğənni Kənan Doğulu fanatlarını üzəcək açıqlamalar verib.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, ifaçının həyat yoldaşı Beren Saat, qardaşı Ozan Doğulu və digər ailə üzvləri də konseri izləyənlər arasında olub.
Kənan müğənni həmkarlarının ən sevdiyi mahnıları səsləndirdikdən sonra vida çıxışı edib.
O deyib ki, bu onun sonuncu konserti ol bilər:
“23 ildir səhnədə mahnı oxuyuram. İlk gündən bəri bura mənim üçün çox özəldir. Əgər yenidən olmazsa, bu mənim vidamdır”.
Müğənnin hansı səbəbdən bu addımı atdığı bilinmir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.