banner
banner

Sosİal

Azərbaycan dilçiliyinə yeni töhfə

Azərbaycan dilçiliyinə yeni töhfə

Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri Səidə Abbasova, Sultan Seyidova, Nailə Məmmədova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadovun həmmüəllifliyi ilə “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi işıq üzü görüb. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, rəyçiləri professorlar Adil Babayev, Tofiq Hacıyev və Əbülfəz Rəcəblidir. Dərslik ali məktəblərin Azərbaycan bölmələrində təhsil alan tələbələrin mükəmməl nitq mədəniyyətinə yiyələnməsində mühüm rol oynayacaq.

Azərbaycan dili və nitq mədəniyyəti kafedrası tərəfindən, eyni zamanda, ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr üçün “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərs vəsaiti də çap olunub. Kafedranın dosenti Samirə Mərdanova,  dosent əvəzi Şəlalə Abasova və Xanımana Manaflının birgə müəllifliyi ilə çapdam çıxan dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyəti məsələləri paralel şəkildə izah edilir, Azərbaycan  ədəbi dili və normaları, natiqlik sənəti, onun tarixi, ixtisaslar üzrə nitq mədəniyyəti məsələləri geniş şərh olunur.

Onu da qeyd edək ki, ötən il kafedranın dosenti Nailə Məmmədovanın “Azərbaycan dili və ədəbiyyat dərslərində yazılı nitqin inkişaf etdirilməsi”, dosent əvəzi Samirə Orucovanın “Lirik əsərlərin tədrisi”, Xanımana Manaflının “Ədəbi dilin fonetik və leksik normalarının tədrisinə dair” metodik göstərişləri də işıq üzü görüb. Kafedra tərəfindən Azərbaycan və rus bölmələrinin tələbələri üçün “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin iki proqramı nəşr olunub.  Bütün bunlarla yanaşı, bir dərs vəsaiti və iki metodik göstəriş çapdadır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.