Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Fransanın “Çarli Hebdo” jurnalının redaksiyasına olan silahlı basqınla bağlı bəyanat verib.
Bəyanatda deylir ki, bu basqın nəticəsində bu kütləvi informasiya vasitəsinin əməkdaşlarının qətlə yetirilməsini dərin hüzn və böyük üzüntü ilə qarşıladıq. “Belə bir olayın Avropanın mərkəzində, söz və ifadə azadlığı kimi demokratik dəyərlərin beşiyi sayılan Fransada baş verməsi xüsusilə sarsıdıcıdır. Bu hadisə XXI əsrdə terrorun qorxunc mahiyyətini bir daha ortaya qoymaqla beynəlxalq aləmin, xüsusən də mütərəqqi media ictimaiyyətinin ona qarşı ciddi şəkildə səfərbər olmasını zərurətə çevirir. Əminəm ki, Qafqazda tolerantlıq modeli statusuna sahib Azərbaycanın media cameəsi mövcud zərurəti tam anlamıyla dərk edir, terroru, onu himayə edənləri qətiyyətlə pisləyir.
«Çarli Hebdo» jurnalının redaksiyasında baş verən kütləvi qətlin hansı səbəbdən baş verməsi hələlik məlum olmasa da, istənilən halda dəhşətli hadisənin fikir plüralizminə qarşı atılan addım mahiyyəti daşıdığı daha çox ehtimal edilir. Məhz buna görə də onu törədənlər layiqli cəzalarını almalıdırlar. Bu, demokratik Avropa üçün son dərəcə vacib məqamdır”.
Ə.Amaşov bəyanatı sosial şəbəkədə paylaşıb.//Modern.az
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.