Lənkəranın Şıxəkəran kəndindən olan bir nəfər itkin düşüb. Axar.az-a yerli mənbədən verilən məlumata görə, Fidan Qasımova (ad şərtidir) adlı gəlin axtarışdadır. Onun bir neçə gün əvvəl tanışına qoşularaq qaçdığı bildirilir.
Mənbə iddia edir ki, F.Qasımova tanışı ilə Suriyadakı döyüşlərdə iştirak etməyə gedib. Onun İŞİD-ə qoşulduğu deyilir. Hazırda qadının Rusiyada işləyən həyat yoldaşı rayona qayıdıb və arvadını axtarır.
Baş verən hadisə ilə bağlı Lənkəran rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Lakin polis idarəsindən bu haqda məlumatsız olduqlarını bildirdilər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.