banner
banner

Gündəm

Rəsulzadənin nəvəsinin rəssamlıq bacarığı

Rəsulzadənin nəvəsinin rəssamlıq bacarığı

“Həm yaradıcılığım, həm də pedaqoji fəaliyyətim uğurla davam edir. Noyabr ayında yaradıcılığımla bağlı yenilik olacaq. Daha doğrusu, gələn ay sərgim təşkil olunacaq”.
Bunu Modern.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri, eyni zamanda, tanınmış rəssam  Rəis Rəsulzadə deyib.

Rəis Rəsulzadə, çəkdiyi rəsm əsərlərinin mövzusundan da söz açıb.

“Çəkdiyim rəsm əsərlərinin mövzusu fərqli olur. Tarixi rəsm əsərləri də çəkirəm. Amma rəsm əsərlərimin mərkəzində daha çox Azərbaycan təbiətini tərənnüm edən  mənzərələr dayanır”.

Pedaqoji fəaliyyəti barədə danışan Rəis Rəsulzadə gənclərin çalışqanlığına da diqqət çəkib.

“Bakı Pedaqoji Universitetində bədii qrafika fakültəsində artıq neçə illərdir çalışıram. Tələbələrlə mütəmadi olaraq ünsiyyətdə olduğumdan hiss edirəm ki, indiki gənclər çalışqandırlar. Bir də görürsüz ki, babamla bağlı çoxlu suallar verirlər. Məhəmməd Əmin Rəsulzadə ilə maraqlanırlar. Telefonlarının üz qabığına babamın şəklini qoyurlar. Onlar da bu cür babamı yaşadırlar. Rəsulzadənin nəvəsi olduğum üçün daha çox hörmət edirlər. Sözlə fikirlərini ifadə etməsələr də, baxışları, davranışları ilə diqqət göstərirlər”.

Rəis Rəsulzadə Azərbacan Respublikasının ıməkdar rəssamı, Rəssamlar İttifaqının üzvüdür.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.