banner
banner

Sosİal

Çay daşdı, kənd yolu sıradan çıxdı - VİDEO, FOTO

Çay daşdı, kənd yolu sıradan çıxdı -
Qubada çayın daşması kənd yolunu sıradan çıxarıb.
 
ARB Şimal xəbər verir ki, sentyabrın 1-dən 2-sinə keçən gecə şimal regionuna yağan güclü leysan yağışlarının Qubanın Afurca kəndinin Durahi yaşayış məntəqəsindəki sakinlər üçün yaratdığı problem hələ də həllini tapmayıb. Vəlvələ çayının daşması nəticəsində 50 yaxın ev olan kəndə gedən yol sıradan çıxıb.
 
Sakinlər bildirir ki, öz aralarında vəsait toplayaraq əraziyə daş tökdürüblər. Lakin bu da  məsələnin həlli üçün kifayət etməyib. Selin vurduğu zərər çay yatağını da genişləndirib. İndiki vəziyyətdə ərazidə avtomobillərin hər an sürüşərək çayda aşması təhlükəsi yaşanır.
 
Kənd sakini: "Bu yola 5-10 maşın daş boşaltmaq olmazdı, gözləyirlər ki, kimsə maşınla dərəyə aşsın? Bəlkə bunu istəyirlər?"
 
Sakinlər bildirir ki, ərazidən yalnız yolsuzluq avtomobilləri hərəkət edə bilir. Kənd camaatı isə uzunboğaz çəkmə geyinməklə yolu keçir. Hər gün kəndin azyaşlıları ərazidən keçərək məktəbə yollanır.
 
Habil Hədiyayev - kənd sakini: "Uşaqların hərəkəti daha təhlükəlidir. Məktəb bizdən 3 km məsafədə yerləşir".
 
Sakinlər qış günlərində burda hərəkətin daha da çətin olacağını bildirir. Çətinlik aradan qaldırılmazsa güclü qar zamanı yaşayış massivinin mərkəzlə əlaqəsi tamamı ilə məhdudlaşa bilər.

Quba Rayon İcra Hakimiyyəti başçısının yerli nümayəndəsi Arif Məmmədov ARB-yə açıqlamasında problemin həlli üçün lazımı addımların atılacağını bildirdi.
 
Onun sözlərinə görə, İcra Hakimiyyətinin və Fövqəladə Hallar nazirliyinin nümayəndələri əraziyə baxış keçiriblər. Əraziyə baxış keçirildikdən sonra son vəziyyətə bağlı akt tərtib olunub. Problemin birdəfəlik həlli üçün həmin ərazidə bəndin qurulması nəzərdə tutulub.
 
 
 





cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.