Məşhur aktrisa Eva Lanqoriya qadın üçün vacib olan məqamlardan danışıb. O, təhsilin əhəmiyyətini vurğulayıb: “Ağıllı qadın savadsız axmaqdan daha seksual görünür. Ümumiyyətlə, hər gün oxumaq lazımdır. Rəhm insanın içindəki ən gözəl duyğudur. Oxumaq insana şəfqət hissi aşılayır, özünə əminlik yaradır”. Gözəllik sirlərindən də söz açan Eva dərisinə xüsusi qulluq etmədiyini deyib:
“Səhərlər üz dərimi təmizləyirəm, nəmləndirirəm, günəş əleyhinə kremlərdən istifadə edirəm. Axşam təmizləyici losyonun köməyi ilə makiyajımı silirəm və nəmləndirici krem istifadə edirəm. Zərdablardan və yağlardan yararlanıram. Mənim fikrimcə, gözəlliyin sirri 8 saat yuxudur".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.