Azərbaycanda uşaqlara ən az qoyulan adlar – SİYAHI
Azərbaycanda ötən il uşaqlara qoyulan adlar arasında populyarlıq qazanmayan adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, ötən il doğulan oğlan uşaqlarına verilən adlar arasında populyarlıq qazanmayan ad Elgün adı olub.
Belə ki, cəmi 235 uşağa Elgün adı verilib.
Oğlan adları arasında üstünlük təşkil etməyən digər adlar isə Röyal (267), İlkin (259), Fuad (284), Sübhan (299) olub.
Qız uşaqlarına verilən adlar arasında üstünlük təşkil etməyən ad isə Arzu adıdır.
Belə ki, ötən il doğulan 270 qıza Arzu adı verilib. Üstünlük təşkil etməyən qız adları arasında Gülər (284), Lalə (295), Əsmər (299), Sevinc (321) adları da var.
Qeyd edək ki, ötən il uşaqlara qoyulan adlar arasında Yusif və Zəhra adı üstünlük təşkil edib. Belə ki, ötən il 3967 uşağa Yusif, 3608 uşağa isə Zəhra adı verilib. Həmin adlar son 5 ildə ən çox verilən adlar olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.