banner
banner

Sosİal

“Facebook”un qurucusuna cinayət işi açıldı - Millətlərarası ədavətin qızışdırılmasında ittiham edilir

“Facebook”un qurucusuna cinayət işi açıldı -
Almaniya hakimiyyəti “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə, həmçinin bu şirkətin top-menecerlərinə qarşı millətlərarası ədavətin qızışdırılması ittihamı üzrə cinayət işi açıb.
Cia “Gazeta.ru”ya istinadən bildirir ki, Almaniyanın “Spiegel Online” nəşrinin yazdığına görə, Zukerberqdən savayı, siyahıda “Facebook”un icraçı direktoru Şeril Sebdberqin, Avropada şirkətin maraqlarını təmsil edən Riçard Allenin və onun Berlindəki həmkarı Yeva-Mariya Kirşziperin də adları var.
Cinayət işinin açılmasına səbəb Vürtsburq şəhərində yaşayan vəkilin şirkətə qarşı iddiası olub. Vəkilin bildirdiyinə görə, sosial şəbəkə istifadəçilərinin qətlə, zorakılığa, holokostun inkarına və digər hüquq pozuntularına çağırışlarına rəğmən, şirkətin rəhbərliyi buna qarşı heç bir tədbir görmür. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.