banner
banner

Gündəm

Taleh Qaraşovun "muzey biznesi"

Taleh Qaraşovun "muzey biznesi"

Lənkəranın icra başçısı Taleh Qaraşov rayon ciddi narazılığa səbəb olan əməllərini davam etdirir. Qeyd edək ki, bir müddət əvvəl Taleh Qaraşov icra hakimiyyətinin binası qarşısındakı xiyabanı dağıtmaqla gündəmə gəlmişdi. Həmin vaxt mediada dərc olunan məlumatlardan aydın olurdu ki, icra başçısının göstərişilə nadir ağaclar kütləvi şəkildə məhv edilir. Kəsilən ağacların yerində isə ticarət obyektləri tikilir. Ekologiya və Təbii Sərvətlər Hazirliyi də xiyabanın məhv edilməsinin qanunsuz olduğunu bildirmişdi. Lakin bununla belə Taleh Qaraşov bu qanunsuzluğu dayandırmamışdı.

İş o yerə çatdı ki, Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondununu vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi etdiyi İDEA təşkilatı məsələyə qarışdı. Təşkilat üzvləri Lənkəranda məsələ ilə bağlı araşdırma apardıqdan sonra mediaya məlumat verildi ki, Lənkəranın hakimiyyət orqanları kəsilən ağacların yerində yeni ağaclar əkməyə və burada ticarət obyektlərinin tikintisinin qarşısını almağa söz veriblər. Lakin İDEA-nın nümayəndələri Lənkəranı tərk edən kimi icra başçısı Taleh Qaraşov öz vədinə xilaf çıxaraq parkda tikinti işlərinin davam etdirilməsinə dair sərəncam imzalayıb. Bundan əlavə, Lənkəranın hakimiyyət orqanları icra başçısının qanunsuz hərəkətlərindən Leyla Əliyevaya şikayət edən Lənkəran sakinlərinə təzyiq göstərilib. Sakinləri öz müraciətlərindən imtina etməyə məcbur edirlər. Bütün bunlar mediada işıqlandırıldıqdan sonra Taleh Qaraşov bu əməlinə bir müddət ara verdi.

Lakin Cia.az-a daxil olan məlumatlara görə, Taleh Qaraşov indi də obeykt tikintisilə bağlı Lənkəranın bəzi yerlərində ağac soyqırımına başlayıb. Lənkəran əhalisini isə narahat edən təkcə bu məsələ deyil. Əhali icra başçısının sahibkarlıq fəaliyyətinə mane olduğu, şəhərdə yalnız öz yaxın ətrafına bizneslə məşğul olmağa yaşıl işıq dayandırdığı bildirilir. "Deputat Hadı Rəcəbli ilə Taleh Qaraşov Lənkəranı öz aralarında bölüblər. Hara baxırsan onların, yaxud da qohumlarının obyektləridir", - deyə sakinlər bildirib. Məlumatda həmçinin bildirilir ki, Lənkəranda muzeylərdən biri 300 min manata satılıb. İddia olunur ki, həmin muzeyi alan Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifə tutan şəxslərdən biri alıb. Bu məlumatla bağlı bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik təfərrüatları dərc etmirik.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.