Aparıcı Vüsalə Kərimova uzun müddətdir çalışdığı "Günaydın" verilişindən ayrılıb.
Axşam.az-ın məlumatına görə, o, proqramla vidalaşmağının səbəbini açıqlayıb:
"Yanvarın 13-dən etibarən verilişdə olmayacam. Böyük bir səbəb yoxdur, sadəcə, özüm belə istədim. Çox sevindirici haldır ki, bu məhz 13 yanvara təsadüf etdi. Bu rəqəm hər zaman mənə düşərli olub. Daha bir sevindirici hal isə verilişdə aparıcı çox sevdiyim insan, əməkdar artist Mehriban Xanlarova olacaq. Məni əvəz etmək elə də asan deyilmiş. Mehriban xanıma yeni işində uğurlar arzu edirəm. "Günaydın" verilişinin hazırlandığı "SOY" prodakşnın rəhbərləri Oktay və Yaşar müəllimlə aramızda heç bir inciklik yaşanmayıb. Onlar çox istədiyim insanlardır. Yeni layihələr var. Bilmirəm bundan sonra "SOY" prodakşnla davam edəcəm, ya yox. Hansı təklif daha yaxşı olsa, onu da qəbul edəcəm".
Əməkdar artist Mehriban Xanlarova yeni işi ilə bağlı təəssüratlarını bölüşüb. O, əməkdaşımızla söhbətində bunları deyib:
"Hər zaman səhnədə olmuşam. Hamıya elə gəlir ki, aparıcılıq asandır. Hətta deyirlər nə var, bütün günü səhnədəsən, sənə rahat olacaq. Amma yox, çox həyəcanlıyam, böyük məsuliyyətdir. Öhdəsindən necə gələcəm bilmirəm, ancaq əminəm ki, tamaşaçılar hər zamankı kimi yenə də səmimi Mehribanı görəcəklər. Həmişə verilişlərdə ekspert kimi qonaq olmuşam, açıqsözlülüyümlə seçilmişəm. Dəfələrlə məni aqressivlikdə qınayıblar. Amma Mehriban düz söz danışıb, kiminsə haqqını tapdalamayıb. Bu verilişdə də belə olacaq. Əslində aparıcılıq etmək istəyirdim, amma mənim arzuladığım layihə tamam fərqlidir. Bu təklif proqramın rəhbərliyindən gəldi, qəbul etdim. Ümid edirəm uğurlu olacaq. Qonaqlarımla da hər şeyin yaxşı alınacağına əminəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.