Azərbaycanda Heyvanlara Qayğı Mərkəzinin açılışı olub
Noyabrın 10-da IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub. APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva mərkəzin tikintisinin müxtəlif mərhələlərini əks etdirən fotostendlə tanış olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabrında qoyulub. Mərkəz Bakı şəhərində və ətraf ərazilərdəki sahibsiz heyvanların müayinə və müalicəsi, həmçinin onların qısamüddətli sığınacağı üçün nəzərdə tutulub. Sığınacaq kompleksi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə, digər dövlətlərin təcrübəsindən istifadə olunmaqla tikilib. Layihə-tikinti işlərinə Böyük Britaniyanın Heyvanlara qarşı Qəddarlığın Aradan Qaldırılması üzrə Kral Cəmiyyətinin mütəxəssisləri cəlb olunub. Burada sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə tikilən 24 sığınacaq eyni vaxtda mindən çox heyvanın yerləşdirilməsinə imkan verir. Hər sığınacağın yanında gəzinti ərazisi də ayrılıb.
Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı xəstə heyvanların müalicə və bərpa komplekslərinə baxıb. Mərkəzdə klinika və laboratoriyada stasionar müayinə-müalicə aparılmaqla yanaşı, mobil təcili tibbi yardım xidməti də var. Bundan əlavə, yaralı və yaxud peyvəndə ehtiyacı olan sahibsiz heyvanların mərkəzə gətirilməsinə məsul xüsusi qrup fəaliyyət göstərəcək. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlar fərqləndirici çiplərlə təchiz olunacaq.
Burada, həmçinin ölkəmizdə ilk dəfə olaraq sahibsiz heyvanların elektron baza sistemi yaradılacaq. Bu sistem heyvanların izlənilməsi və onların vaxtında peyvənd olunmasına imkan verəcək. Uzunmüddətli müalicəyə ehtiyacı olan heyvanlar xüsusi karantin korpuslarında bərpa prosesi keçəcək. Mərkəzin fəaliyyəti baytarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına, həmçinin təcrübə mübadiləsinə də imkan verəcək.
Burada yerləşən geniş konfrans zalında peşəkar veterinar hazırlığı kursları və treninqləri təşkil ediləcək, sahibsiz heyvanlara rəhmli münasibəti və onların himayəyə götürülməsini təşviq etmək məqsədilə geniş ictimai maarifləndirmə tədbirləri keçiriləcək. Bu baxımdan məktəblilərin mərkəzə səfərlərinin təşkili, onların maarifləndirilməsi və mərkəzin ictimaiyyətə, xüsusilə də könüllülərə açıq olması nəzərdə tutulur. Burada himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks və kiçik heyvan mehmanxanası da fəaliyyət göstərəcək. Mərkəzin xidmətləri yalnız sahibsiz heyvanlar üçün məhdudlaşmır. Himayədə olan heyvanların müalicə-müayinəsi və qısamüddətli gecələməsi üçün də mərkəzə müraciət etmək olar.
Sonra Leyla Əliyeva müasir yem fabriki ilə tanış olub. Fabrik Azərbaycanda it və pişik qidasını hazırlayan ilk müəssisədir. Fabrikin məhsulları beynəlxalq keyfiyyət tələblərinə cavab verməklə yanaşı, sağlam qida məhsullarından hazırlanacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.