Qanunvericiylə görə, bu gündən etibarən mənzillərin istliklə təchiz olunması üçün payız-qış mövsümünə start verilir. Amma mənzillərdə istilikdən əsər-əlamət yoxdur.
“Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, qrafikə uyğun olaraq bütün ərazilərə xidmət göstərən istilik istismar sahələrində qazanxanalar işə salınacaq, amma tədricən:
“Çalışacağıq ki, abonentlərimiz narazı qalmasın. Bütün qazanxanalar növbə ilə işə salınacaq. Proses bir qədər çəkəcək, amma çalışacağıq ki, tez olsun. Rayon qazanxanalarının xidmət zonasında 20-ə qədər istilik məntəqələri var ki, oradan binalara paylanılır. Həmin yerlərdə tənzimlənmə işləri aparılır.
Ola bilər ki, iri qazanxanalarda tam rejimə çıxmaq üçün müəyyən müddət tələb olunsun, amma xırda qazanxalarda problem olmayacaq”.
Qurum rəsmisi deyib ki, “Azəristiliktəchizat”la “Azəriqaz” arasında olan borca görə abonentlər ötənilki kimi əziyyət çəkməyəcəklər
Xatırladaq ki, 2015-2016-cı ilin payız-qış mövsümündə iki dövlət qurumu arasında yaranan borc probleminə görə, paytaxtdakı mənzillərin istiliklə təchizatı təxminən 1 aya yaxın gecikdirilmişdi.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.