Azərbaycandan şikayət etmək yerinə, ondan çox şeyi götürmək lazımdır- Politoloq Manvel Sərkisyan
Ermənistanın tanınmış politoloqlarından biri, Ermənistan milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan “lragir” saytına maraqlı müsahibə verib.
Müsahibədə Azərbaycan –Ermənistan münaqişəsi ilə bağlı gündəmdə olan məsələlər barədə fikirlər səsləndirilib.
Təbii ki, erməni politoloq yalnız Ermənistanın mövqeyi nöqteyi-nəzərindən hadisələrə şərh verib və öz ölkəsinin xeyrinə olacaq addımlardan danışıb.
Amma müsahibədə bir çox maraqlı məqamlara və mətləblərə toxunulub.
Musavat.com erməni mətbuatına istinadən həmin müsahibədən bölümləri təqdim edir.
Müsahibə onu götürən jurnalistin ilk öncə Azərbaycan prezidentinin cəbhə xəttində söylədiyi sözləri xatırlatması ilə başlayıb.
Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan ordusunun iri miqyaslı təlimlərə başlamazdan öncə cəbhə xəttinə və düşmənin işğalından azad edilən Lələtəpə ərazisinə baş çəkərək, Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu, işğal altında torpaqlara geri qayıdacaqlarını, burada ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini, Ermənistan silahlı qüvvələrinin aprel döyüşlərindən düzgün nəticə çıxarmaması təqdirdə gələcəkdə onları Lələ-təpə kimi daha uğurlu əməliyyatlar gözləyəcəyini bəyan etmişdi.
Jurnalistin “Azərbaycan prezidentinin bu sözləri müharibəyə hazırlıq kimi dəyərləndirilə bilərmi”, sualına Sərkisyan belə cavab verib:
“Azərbaycan rəhbərliyi heç vaxt müharibə planlarından əl çəkməyib. Danışıqlar prosesi isə onun problemin hərbi yolla həll etmək hüququnun möhkəmləndirmək üçün məkanına çevrilib. Bizi öz siyasətimiz maraqlandırmalıdr. Ermənistanda ikinci on ildir ki, bir-birini əvəz edən məsul şəxslər ancaq Azərbaycandan şikayət edirlər və uğursuzluqları onun üstünə yıxırlar. Heç vaxt uğursuzluqları öz səmərəsiz siyasətlərində aramayıblar.

İndi Azərbaycan aprel müharibəsində aldığı dərsləri nümayiş etdirir, Ermənistan isə öz hakimiyyətinin nə zaman bundan hansı nəticələri hasil edəcəyni gözləyir. Sentyabrda yeni texnikanı, o cümlədən raketləri nümyiş etdirdilər. Lakin bəyan etdilər ki , bu raketlər düşməni tam miqyaslı müharibədən çəkindirmək üçündür. Belə çıxır ki, bizdə bu raketlər əvvəlcədən olub, lakin apreldə bunun istifadəsini gərəkdirəcək vəziyyət yaranmayıb. Bu cür müharibə üçün isə, düşməni hücumdan çəkindirmək məqsədilə cəza əməliyyatları taktikası seçilib. Bu texnikadan (məsələn “İsgəndər”lərdən –red.) aprel müharibəsində nə üçün istifadə edilmədiyi sualına isə “biz tam miqyaslı müharibəni stimullaşdırmaq istəmirik”, cavabl verilir. Əcəb “dəmir məntiq”ləri var. Əslində isə nə baş verir? Məlum olur ki, raket texnikası heç də lokal müharibənin qarşısını alınması üçün nəzərdə tutulmayıb.
Bu səbəbdən Azərbaycan rahatlıqla piyada yerişi və yüngül texnika ilə Ermənistan ordusunun ön xətlərinə doğru irəliləyə bilir.
Bu aprel müharibəsində də göründü. Əksinə, Azərbaycan erməni əsgərlərinin öz yerlərində dinc oturmaması halında Xankəndiyə zərbələr endirəcəyi ilə hədələdi. Azərbaycanın tam miqyaslı müharibəyə başlamaq şantajı tutdu. Elə ona görə də Azərbaycan prezidenti öz xalqını və ordusunu Qarabağı Lələ-təpə kimi rahatlıqla ala biləcəyinə əmin edə bilir. Çünki ermənilər bu cür taktikaya qarşı ciddi texnikdan istifadə etməyəcəklər.
Yəni Ermənistan ordusunun əks zərbələrinə qarşı effektiv mexanizm yaradılıb. Onun əks zərələr endirmək taktikası isə heçə endirilib”.
Müxbirin Azərbaycanın ATƏT tərəfindən təmas xəttində nəzarət mexanizmlərinin qoyulması tələbinə rəğmən bu cür taktika ilə nəyi əldə edə biləcəyi ilə bağlı sualına Sərkisyan belə cavab verib:
“Bu cür tələblər Azərbaycana sərf etmir. Çünki belə olan halda Azərbaycan atəşkəsi pozan tərəf olaraq tanına bilər. Bu isə onun “müharibə etmək hüququ”na təhdid törədir. Azərbaycan bu səbəbdən dünyanı bu cür tələblərdən döndərməyə çalışır. Bütün bu irimiqyaslı təlimlər, yeni silahların alınması ilə bağlı verilən bəyanlar dünya birliyinə qəsdən onların tələblərini vecinə almamaq kimi nümayiş etdirilir. İlk baxışdan bu kapriz kimi görümnə bilər.
Lakin Azərbaycanda gözəl başa düşürlər ki, “DQR”in (qondarma-red.) tanınmaması onlara “qanuni” ilə güc tətbiq imkanı verir. Ölkə rəhbərliyi problemi dinc yoll həll etməklə bağlı öhdəliklərinin güc tətbiqinə mane olmayacağına inandırmaq istəyir.
Hər halda, Azərbaycan silahı başının üstündə hərləməsinin hansısa dövlətin xoşuna gələcəyinə və bundan heç bir ziyan görməyəcəyinə ümid bəsləyir. Bu zaman permanent müharibəyə başlana bilər və hansısa nailiyyətlər əldə edilər. Azərbaycan prezidentinin ölkəsinin hüquqları ilə bağlı bitib tükənməyən bəyanatları məhz bu siyasətə haqq qazandırmaq üçündür. Onu da qeyd etmək lazımdır ki, bu cür siyasət hələ ki, Azərbaycana hər hansı ziyan gətirməyib".
Müxbir, Azərbaycanın öz iradəsi ilə hərbi yoldan vaz keçməyəcəyini qeyd edərək, Ermənistanın başının üstündəki bu təhlükəni hansı yolla sovuşdura biləcəyini soruşub:
“Bizim (Ermənistanın-red.) məqsədimiz Azərbaycanla daimi müharibə aparmaq olmamamlıdır”, deyə Sərkisyan cavab verərək davam edib:
“ Bu ölkə (Azərbaycan) müharibənin onun problemlərini həll etməyəcəyinə əmin olana qədər döyüşməkdən vaz keçməyəcək. Onu isə biz etməliyik. Dünya birliyinin müharibənin doğru yol olmadığı barədə dedikləri azərbaycanlıların vecinə də deyil.
Azərbaycanı durdurmaqdan ötrü başqa məntiqi yollardan istifadə etmək lazımdır. İlk öncə isə Azərbaycanı güc tətbiq etməkdən çəkindirmək gərəkdir. Ermənistanda hələ də Qarabağın tanınması ilə bağlı qəbul edilən aktları gülüşlə qarşılayırlar. Dağlıq Qarabağın dünyada tanınmasını sürətləndirmək zəruridir. Çünki hər bir tanıma aktı Azərbaycanı Qarabağa olan hüququndan bir qədər də uzaqlaşdırır.
Azərbaycanın lokal hərəkətləri onun hərbi və siyasi mövqelərini də mürəkkəbləşdirməlidir. Azərbaycan bu hərəkətlər zamanı əldə etdiyindən daha çox itkiyə məruz qoyulmalıdır. Məsələ təkcə insan və texnka itkisində deyil. Bunlar Azərbaycan üçün əhəmiyyətli sayılmır.
Daha çox itki, yəni bu ölkənin həm siyasi, həm də hərbi sahədə vəziyyətini mürəkkəbləşdirən yeni problemlər əldə etməsidir. İlk öncə isə Qarabağa güc tətbiq hüququndan məhrum olunmasıdır...
Azərbaycana lokal hərəkətlər etməsi halında sarsıdıcı zərbələr endirmək lazımdır. Bu məqsədlə də cəza zərbələri siyasətini həyata keçirməkdə fayda var. Bu siyasət Ermənistana apreldə müəyyən xeyir də gətirdi.
Lakin tipik erməni siyasətinə xas olan “dövlətlər qarşısında qorxu maniyası ” olmasaydı nəticə daha böyük ola bilərdi. Heç olmasa bu maniyadan qurtulmağı biz Azərbaycandan öyrənməliyik".
Cia.az