Cennifer Lopez səhnədə keçmiş əri ilə öpüşdü - foto+video
Dünən Las-Veqasda "Latin Grammy" mükafatlarının təqdimetmə mərasimi baş tutub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecənin ən diqqətçəkən ulduzu Cennifer Lopez olub. 47 yaşlı pop-diva keçmiş əri və uşaqlarının atası Mark Entoni ilə səhnəyə çıxıb. "İlin adamı" seçilən Mark Cey Lo ilə duet səsləndirib.
Cütlüyün səhnədə öpüşməsi gecənin ən maraqlı anı olub. Cennifer gecədə ümumlikdə 3 libas dəyişib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.