banner
banner

Sosİal

Cəbhə bölgəsindən məcburi köçkün axını: Şınıx bölgəsində qaz yoxdur

Cəbhə bölgəsindən məcburi köçkün axını:

Gədəbəy rayonunun Ermənistanla sərhəd olan Şınıx bölgəsinin sakinləri hələ də yaşadıqları əraziyə qaz çəkilmədiyindən şikayətlənirlər. Onların dediklərinə görə, ölkənin bütün sərhəd kəndlərinin mavi qazla təmin edilməsi barədə sərəncam tam icra olunmur. 

Düzrəsullu kənd sakini Aydın Əkbərovun sözlərinə görə, 2010-cu ildə kəndə qaz kəməri çəkilib. Kəmər Şınıx və Kollu kəndlərinədək uzadılsa da, tamamlama işləri aparılmayıb. İndi Düzrəsullu kəndinin yuxarı bölgəsində cəmi 14-15 evin sakinləri mavi qazdan yararlana bilir:

“Həmin evlərə çəkilən mavi yanacağın açılışı ilə əlaqədar 2012-ci il iyulun 17-də keçirilən yığıncaqda böyük bir yalanın şahidi olduq. Məmurlarımız televiziya kameraları qarşısında dedilər ki, Şınıx kəndləri başdan-başa qazlaşdırılıb”.

 

“Qıfıllı qapıların sayı artır”

Şınıx bölgəsi 8 nümayəndəlikdən və 28 kənddən ibarətdir. Kəndlərin hamısı Ermənistanla sərhəddə yerləşir. Sakinlərin deməsinə görə, bu kəndlərdən yalnız birinin mərkəzi hissəsində qazdan istifadə olunur. Əhali yenə də ümidini böyük hissəsi çoxdan “yoxa çıxmış” meşələrə bağlayıb.

Kənd sakini Eyvaz Həsənov deyir, yanacağın olmaması başqa problemlərə də yol açır. Erməni hərbçilərinin hücumlarına davam gətirən, bir qarış da olsun torpağının işğalına imkan verməyən Şınıx əhalisi indi yanacaq problemi üzündən evlərini tərk etməli olur:

“Kəndlərin çoxunda qapısından qıfıl asılan evlər var. Qış gələndə qıfıllı evlərin sayı daha çox olur. Adamlar soyuqdan ya başqa yerlərə, ya da paytaxta üz tuturlar. Kənddə yalnız yaşlı nəsil qalır. Hökumət kəndlərin boşalmaması üçün tədbirlər görməlidir. Meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problem üzündən evlərini tərk edir”, - deyə sakin bildirir.

 

Keçilməz kəndlər

Ötən ilin sentyabrında “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev mətbuat konfransında elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq. Əkbər Hacıyev bunu “bölgənin kəndlərinin keçilməzliyi və texnikanın işləməsinin çətinliyi” ilə izah edib.

Elə Gədəbəyin icra hakimiyyəti də “Qaynar xətt”ə məsələnin mümkünsüzlüyünü eyni şəkildə izah edib: “Sərhəd kəndlərdir, əlbəttə, hökumət çalışır ki, vətəndaşların çətinliklərini aradan qaldırsın. Hər şey imkanlara bağlıdır. “Azəriqaz” texniki imkansızlıqdan o kəndlərdə qazlaşdırma işləri görə bilmir”.

Bəs necə etməli? Şınıx bölgəsinin üşüyən əhalisi bu sualın cavabını yenə də hökumətdən gözləyir: “Heç bir çətinlik təbiətə ziyan vurmağa, yaşıllıqların məhvinə, bir kəndin boşalmasına haqq qazandıra bilməz”, – əhali belə deyir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.