İctimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçməlidirlər. Çünki emosional, gərgin vəziyyətdə sükan arxasında əyləşən sürücü artıq potensial qəza törədicisidir.
Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında komissiya yaradılıb. “Nəqliyyat Departamentinin nümayəndələri və yol polisləri baş vermis yol qəzalarının qarşısını almaq istiqamətində iş aparırlar. Sürücülərin sağlmlığı nəzarətdə olmalıdır. İctimai nəqliyyat sürücülərinin hər gün tibbi müayinədən keçirilmələri ilə bağlı təkliflər verilib və yaxın gələcəkdə bu təkliflərə baxılacaq. Əvvəllər də ictimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçirdilər”, - deyə R.Nağıyev əlavə edib.
Təcili yardım maşınlarının sürücüləri hər gün tibbi müayinədən keçirilirlər. R.Nağıyev söyləyib ki, buna görə də təcili yardım maşınlarının iştirakı ilə qəzalar çox nadir hallarda qeydə alınır: “Baş verən az sayda qəzaların da bizim sürücülər deyil, digər avtomobil sürücüləri tərəfindən törədildiyi bəlli olur. Tibbi müayinələrin aparılmasının effektliyi öz nəticəsini göstərir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.