Hansı rayonlarda ana ölümü qeydə alınmayıb? SİYAHI
Azərbaycanda bu günə kimi ana ölümü qeydə alınmayan rayonların adları açıqlanıb.
Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 2009-cu ildən bu günə kimi Azərbaycanın 2 rayonunda heç bir ana ölümü baş verməyib. Onun sözlərinə görə, bunlar Oğuz və Şabran rayonlarıdır. S.Məmmədova qeyd edib ki, Naxçıvanda isə 2009-cu ildən indiyə kimi yalnız 1 ana ölümü qeydə alınıb.
Komissiya sədri əlavə edib ki, bu gün ana ölümünün sayına görə lider Bakı şəhəridir: “Bütün regionlardan, bölgələrdən ağır xəstələr Bakıya təxliyə olunur, onların həyatda qalmasına çalışılsa da, bəzən nəticələr ağır olur. Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Bundan sonra ana ölümləri Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarında baş verir. Hər il ana ölümlərinin mütəmadi qeydə alındığı ərazilər isə Bakının Sabunçu rayonu, Gəncə, Şirvan şəhərləri, Goranboy, Bərdə, Neftçala rayonlarıdır".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.