Müğənni Alla Puqaçova aparıcı Maqsim Qalkin ilə evliliyindən olan övladının şəklini İnstaqram səhifəsində paylaşıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, sevənlərinin təkcə müğənninin şəxsi həyatı deyil, övladları ilə də maraqlandığını bilən Alla arada sosial şəbəkələrdə onların fotosu və ya videosunu yerləşdirir.
Bu dəfə də qızı Lizanın hovuzda üzgüçülüklə məşğul olan zaman çəkilmiş şəklini hesabında yerləşdirən ana ona "Çalışqan Liza", - statusu yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.