banner
banner

Gündəm

Kiber hücumlara qarşı Milli Super Kompüter Mərkəzi yaradılır

Kiber hücumlara qarşı Milli Super Kompüter Mərkəzi yaradılır

Azərbaycanda dövlət orqanlarının internet resurslarının qorunması, dövlət qurumlarının saytlarına kiber hücumların qarşısının alınması və milli, dövlət təhlükəsizliyi məqsədi ilə Milli Super Kompüter Mərkəzi yaradılacaq.

Bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində tapıb.

Layihənin “4.3.5.2. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf prioritetləri” adlanan fəslində göstərilir ki, “Elektron hökumət”də dövlət qurumları, dövlət-vətəndaş, dövlət-biznes əlaqələrinin operativliyinin təmin edilməsi, informasiya sistemlərinin səmərəli istifadəsi üçün Milli Super Kompüter Mərkəzinin yaradılacaq.

 

Sənəddə qeyd olunur ki, dövlət orqanlarının inzibati prosedurlarının optimallaşdırılması və onların informasiya sistemləri və resurslarına inteqrasiyası və  vahid təhlükəsiz şəbəkə infrastrukturunun təşkili; - yüksəksürətli simsiz internet şəbəkəsinin yaradılması, 4G xidmətlərinin (LTE) genişləndirilməsi, elektron xidmətlərinə operativ çıxışı təmin olunaraq, geniş ictimai internet məntəqələri infrastrukturunun yaradılması həyata keçiriləcək.

 

Layihə artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.